Unutmayaq, unutdurmayaq!
3 mart Azərbaycanlı yazıçı-nasir Fərman Kazımzadənin doğum günüdür.
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.
F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilmişdir), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir.
F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.Qızı Yeganə xanım onun ölümünü belə xatırlayır:”1988-ci il hadisələrində Vəzirov atamı yanına çağırıb deyib ki, sən o bölgədənsən, adamların yerləşdirilməsi ilə məşğul ol. Atam evdən pul aparıb camaata paylayırdı. Onlara geyim alırdıq. Yadımdadır, insanlar Qərbi Azərbaycandan köçəndə ermənilər onları tutmasın deyə qamışlıqda gizlənmişdilər. Atam Naxçıvandan olan əsgərlərlə birlikdə onlara kömək edib. Atamın dilində bir söz var idi: “El içində, öl içində”.
Atam böyük ürəkli insan idi. O, Tərtərin və ətraf bir neçə kəndin köçürülməsində atamın böyük rolu olub. Atam insanları Tərtərdə yerləşdirdikdən sonra Kələcərə gedirdi. Yenidən Tərtərə, kəndə qayıdanda görüb ki, bir qadın 5 uşağı ilə ortalıqda qalıb. Atamı görən kimi qadın ütsünə qaçıb, ağlamağa başlayıb ki, mən küçələrdə qalmışam. Atam əsəbləşərək deyib: “Kişi olun, bir qadını 5 uşaqla ortalıqda qoymusunuz?!”. Bu vaxt atamı insult vurub. Gecə saat 4-də həkimin evində dünyasını dəyişib.”
Fərman Kazımzadə 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fərman Kərimzadə eyni zamanda bir çox filmlərin ssenari müəllifi olub.
Fərman Kazımzadə 17 mart 1989-cu ildə vəfat edib.
Allah rəhmət eləsin.



Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
Bu gün Fərman Kazımzadənin doğulduğu gündür
3 mart Fərman Kərimzadənin doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
3 mart Fərman Kazımzadənin doğum günüdür
5 may Mirəli Seyidovun doğulduğu gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
24 dekabr Məmməd Aslanın doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 