Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd” adlı süjet hazırlanıb.
süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan qədim türk tayfalarının yaşadığı mühüm coğrafi məkandır və əsrlər boyu bu ərazidəki yurd yerlərinin türklərə məxsusluğu bütün mənbələrdə əksini tapır.
Bu toponimlər qədim dövrlərdən türk torpaqları olan Qərbi Azərbaycanın çox zəngin tarixi, burada yaşayan əhalinin isə dərin kökünü və irsini göstərən nümunələrdir: “Ona görə ta qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması və irsinə sahib çıxması qaçılmazdır”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.



Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər?
Qərbi Azərbaycan İcması: "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurum tanımırıq
"Biz bütün tarixi torpaqlarımıza qayıdacağıq" - Prezident İlham Əliyev
Qərbi azərbaycanlılarla bağlı yeni təklif
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
İqdır təxribatına cavab: İrəvan türk torpağıdır
Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq
“Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” adlı jurnalın təqdimat mərasimi keçirilib
İrəvan dövlətinin bayrağı qəbul edildi
Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək
Qərbi Azərbaycan Respublikası yaradıldı
Azərbaycanda “İrəvan" futbol klubu yaradılmalıdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 