ONN İnformasiya Agentliyi

Azərbaycanda işçi müdirini güllələdi

Azərbaycanda işçi müdirini güllələdi
23 Dekabr 2021 - 13:50

Daxili İşlər Nazirliyi (DİN) Salyanda baş verən silahlı insident barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib.

Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.

R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png