ONN İnformasiya Agentliyi

“Maşa və ayı” növbəti seriyasını Azərbaycana həsr etdi – VİDEO

“Maşa və ayı” növbəti seriyasını Azərbaycana həsr etdi – VİDEO
14 Avqust 2021 - 16:46

Məşhur “Maşa və ayı” multserialı növbəti seriyasında Azərbaycanla bağlı nağıl çəkib.

ONN media xəbər verir ki, “Animakkord” studiyasının istehsalı olan cizgi filminin növbəti seriyasında Maşa oyuncaqlarına Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açır. Cizgi filmində hadisələr Qobustanda baş verir. Maşa filmdə həm də oyuncaqlarına Azərbaycan şirniyyatı – paxlava və şəkərbura verir. Məlumata əsasən, cizgi filmini Azərbaycanla bağlı Rusiyada yaşayan azərbaycanlı iş adamı çəkdirib.

Qeyd edək ki, “Maşa və ayı” cizgi filmi uşaqlar arasında çox sevilir. Hazırda serial “Parrot Analytics” uşaq şouları dünya reytinqində birinci yerdədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png