ONN İnformasiya Agentliyi

Rusiya Kəlbəcərə 145 ton yük göndərdi – Rusiya MN

Rusiya Kəlbəcərə 145 ton yük göndərdi – Rusiya MN
07 Aprel 2021 - 12:23

Rusiya sülhməramlıları Kəlbəcərə 145 ton humanitar yükün çatdırılmasını təmin edib.

ONN media  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün “KamAZ” markalı 15 hərbi yük maşınından və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin 12-ci karvanı Suqovuşan – Kəlbəcər marşrutu üzrə hərəkət edərək 145 ton yükü Kəlbəcər rayonuna çatdırıb.

Yük enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və elektrik avadanlıqları, tikinti avadanlığı və digər materiallardan ibarət olub”, – məlumatda bildirilib.

Nazirlik ümumilikdə 2100 tondan çox yük daşındığını açıqlayıb:

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png