AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə S. Qəhrəmanlının vəkili məlumat verib.
O bildirib ki, Ə. Ağazadə şübhəli şəxs qismində saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxs Ə. Ağazadə zərərçəkmiş Sənay Qəhrəmanlının xalası oğludur.
Faktla bağlı prokurorluqdan cinayət işi başlanmışdı.(publika.az)