Azərbaycanda ictimai çimərliklərin sayı azalıb. Az sayda qalanlar isə baxımsız vəziyyətdədir. Bu problemi nəzərə alan Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət də qaldırıla bilər. ONN media xezerxeber -ə istinadən xəbər verir ki, havaların isinməsi ilə dənizə üz tutanların sayı artıb. Dəniz mövsümünün başlaması ictimai çimərliklərin vəziyyətini də gündəmə gətirib. Çəkiliş apardığımız Novxanı-Sumqayıt yolunun kənarında demək olar ki, ictimai çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi bir yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır. Girişin pullu olması ilə yanaşı, elə həmin çimərliyin hazırki vəziyyəti də ürəkaçan deyil. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Ancaq 2 il keçməsinə baxmayaraq, planın icrası baş tutmayıb. Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən bildirildi ki, qurum bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Əsas məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır. Agentliyin sözcüsü Kənan Quluzadə bildirib ki, monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər. https://www.youtube.com/watch?v=BPXnLHN1H3I
Bakıda pulsuz çimərlik azalıb: Agentlik hərəkətə keçdi - VİDEO



Çimərliklərdə giriş niyə ödənişlidir?
İctimai çimərliklər ödənişli olacaq?
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
Çimərliyə getmək istəyənlər- Bu yazını mütləq oxuyun
6 ictimai çimərlik HAZIRDIR
Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi
İstifadəyə yararsız çimərliklərin ADLARI açıqlandı
Çimərlikdə karantin qaydalarını pozdular - CƏZA ALDILAR
İctimai nəqliyyatda gediş haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA
Novxanı çimərliyində İYRƏNCLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 