Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd irəli sürülüb.
ONN media xəbər verir ki, bu barədə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb:
“İstəyirik ki, İstanbul daha çox inkişaf etsin. Ona görə də ən təcrübəli, ən qocaman, ən icraatçı bir şəxsi namizəd olaraq göstərdik. İstanbul buna layiqdir”.
B.Yıldırım bu qərara görə təşəkkürünü bildirib və vəzifənin öhdəsindən gəlmək üçün çox çalışacağını deyib:
“Mənim bu şəhərə daha çox xidmət borcum var. İndi bu borcu ödəməyə gəlirəm. Söz verirəm ki, çox çalışacağıq”.
Qeyd edək ki, Binəli Yıldırım 2002-2016-cı illər aralığında nəqliyyat, dənizçilik və kommunikasiya naziri, 2016-2018-ci illər aralığında baş nazir vəzifələrində çalışıb. Bundan başqa, 5 dəfə millət vəkili seçilib. Bu ilin 12 iyulundan etibarən isə parlament sədri vəzifəsini icra edir.(qafqazinfo.az)



Prezidentin sağ əli istefaya gedir
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi - KİM?
Binəli Yıldırım və Şamil Ayrımın olduğu avtomobil qəzaya düşüb
Binəli Yıldırım səsvermədə: Halallıq istəyirəm
Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək?
Səhiyyə Nazirliyi Binəli Yıldırım və Ayrımın vəziyyətləri ilə bağlı məlumat yaydı
Yıldırım və Çiprası görüşdülər
TBMM yeni sədr seçir
Binəli Yıldırım: “Türkiyə-Azərbaycan əlaqələri günü-gündən inkişaf edir”
İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 