Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. ONN media xəbər verir ki, bu barədə Apifioterapiya Mərkəzinin rəhbəri Elnur Eldaroğlu verib. O, qeyd edib ki, indiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir: “Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində bütün dünayada təbii üsullara üz tutulur (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir”. O qeyd edib ki, təbii üsullar mərkəzi olan Apifioterapiya Mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində durur: “Mən fitoterapevtəm. Və mənim təşəbbüsümlə 22 iyul Milli Mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinəyə hazıram”. E.Eldaroğlu bu aksiyada hansı xəstəliklərdən əziyyət çəkənlərin yararlana biləcəyi məsələsinə də aydınlıq gətirib: “Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası,), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər”. Qeyd edək ki, aksiya iyulun 24-26-da baş tutacaq.
Jurnalistlər pulsuz müayinədən keçiriləcək



Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?
Qənirə Paşayeva üçün xüsusi həkim gətirildi - Son durum
SON DƏQİQƏ: Azərbaycanda koronavirusdan İLK ÖLÜM FAKTI QEYDƏ ALINDI
Duzdağın 40 illiyi qeyd ediləcək
Antibiyotik istifadə edənlərin nəzərinə
Maaşından hər ay pul tutulanlara şad xəbər - Bu xidmətlər göstəriləcək
Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü
Bu qəsəbələrdə yaşayanlara pis xəbər
Çiçək tozcuqlarının inanılmaz faydaları
Azərbaycan Müdafiə Nazirliyi koronavirusa qarşı hərəkətə keçdi - RƏSMİ
Təbii daşların insana XEYİRİ və ZİYANI - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 