Azərbaycanda məhkəmə hakimlərinin də maaşları artırılacaq. ONN media bildirir ki, bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə (MM) “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişiklərlə bağlı qanun layihəsi təqdim olunub. Hakimlərin maaşlarının artırılmasının nəzərdə tutan qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub. Müzakirələrdən sonra MM-in iyunun 28-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Komitə üzvü Fəzail Ağamalı saytımıza açıqlamasında maaşların 100 faiz artırılacağı ilə bağlı yayılan məlumatları təkzib edlib: “Bildiyiniz kimi, artıq dünəndən etibarən ölkə Prezidentinin imzaladığı 17 sərəncamla ölkədə həm minimum əməkhaqqı, həm də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əməkhaqları qaldırıldı. Bunun davamı kimi də hakimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Məsələ komitəmizdə müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Ancaq artımlar 100 faiz deyil, bu barədə deyilənlər həqiqəti əks etdirmir”. Qeyd edək ki, ölkədə minimum əməkhaqlarının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının, Mərkəzi Seçki Komissiyası üzvlərinin, AMEA və büdcədən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində də dəyişikliklər edilməsi gözlənilir. Bunu saytımıza açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də təsdiqləyib: “2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə sabah komitəmizin müzakirəsinə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq. Qeyd edim ki, əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Bu maliyyələşmə Prezidentin apardığı struktur dəyişiklikləri nəticəsində əldə olunan əlavə gəlirlər hesabına təmin olunur. Bu da dövlət başçısının gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.
Bu şəxslərə ŞAD XƏBƏR



Azərbaycanda meyitdən bu orqanın götürülməsi rəsmiləşir
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
Azərbaycan Vatikanda səfirlik açır
Ali təhsillə bağlı qanun layihəsinin hazırlanması rəsmi qərar verildi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
Azərbaycanda hərbçilərlə bağlı yeni qanun layihəsi hazırlanır
ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırıldı
Milli Məclis Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi
Respublika Günü ilə bağlı layihə qəbul olundu
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Parlamentin iclası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 