Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə baxılıb. ONN media xəbər verir ki, gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov öncə deputatlara bu qurumun yaranma tarixi barədə məlumat verib. Z.Əsgərov bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb. Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib. 1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqreslərinin Daimi Komitəsinin əsası qoyulub. Fəaliyyətə başladığı gündən etibarən Daimi Komitə “missiyası sülh və ya münaqişə zamanı Silahlı Qüvvələrin xəstə və yaralı heyətinin qayğısına qalmaq, onların vəziyyətini yaxşılaşdırmaq və ağrılarını azaltmaq yollarını araşdırmaqdan ibarət olan dünya üzrə şəxslər arasında davamlı peşəkar əməkdaşlıq əlaqələrini qoruyub saxlamaq və gücləndirmək” məramı ilə çalışıb. Bütün bunlar müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyasının prinsiplərinə və ruhuna da uyğundur. İclasda 32 maddədən ibarət olan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”ni ətraflı şərh edən Z.Əsgərov vurğulayıb ki, sənəd Azərbaycanın maraqlarına tam uyğundur. Komitə baxılan qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur



Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşuldu
Azərbaycan parlamentinin komitəsi Xəzərlə bağlı sazişi təsdiqləyib
Deputatlar toplandı - Səkkiz bəndlik sənəd təsdiqləndi
Bu deputatlara maşın verilir - Siyahı
Azərbaycan və Türkiyə generalları görüşdü
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Azərbaycan və Litva Müdafiə nazirliklərinin mütəxəssisləri görüşdü
Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
MDB ölkələri Hərbi Əməkdaşlıq Konsepsiyasını təsdiqlədilər
Milli Məclisdə qəbula düşmək istəyənlərin nəzərinə
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
MM-in payız sessiyası: ilk komitə iclası başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 