"Biz gözləyirik ki, YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından sonra Azərbaycan yeni məkanların Dünya İrs Siyahısının nominasiyasına hazırlanma prosesini sürətləndirəcək və biz yeni nominasiyalarla çıxış edəcəyik. Əminəm ki, sessiya zamanı əldə olunacaq təcrübə Azərbaycanın mədəni irsinin qorunması sahəsində fövqəladə əhəmiyyətə malik olacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. Yeni məkanların hansılar olacağına dair sualı cavablandıran nazir deyib: “Bilirsiniz ki, biz hal-hazırda çox ciddi şəkildə Şəkinin üzərində işləyirik. Söhbət "Xan sarayı" ilə Şəkinin birlikdə götürülmüş qədim hissəsindən gedir. Bakıda, sessiyada bu məsələ müzakirə olunacaq. Biz ümidvarıq ki, müsbət nəticə əldə olunacaq. Bir neçə variant var. Bəzi nöqsanları aradan qaldırandan sonra yenidən bu məsələyə baxılması məsələsi var. Lakin çalışacağıq ki, məsələ müsbət həll olunsun. Yeni məkanlardan digəri Hirkan meşələridir. Hal-hazırda bununla bağlı İranın nominasiyası nəzərdə tutulub. Hesab edirik ki, biz onlara qoşulmalı və vahid bir məkan kimi təqdim etməliyik. Bu, gələcəyə aid bir məsələdir. Bundan başqa Naxçıvan türbələrini də biz nəzərdə tutmuşuq. Bunlar hazırda normal və hazır vəziyyətdədir. Onların elmi cəhətdən əsaslandırılması prosesi getməldir. Düşünürəm ki, Azərbaycanın kifayət qədər böyük potensialı var. Bizim bir nominsiya artıq nominant kimi, namizəd kimi müzakirəyə təqdim olunub. YUNESKO-nun müsbət cavabı gəldikdən sonra biz onların adlarını açıqlayacağıq”.
Bir neçə məkan YUNESKO-nun Dünya İrs Siyahısına salına bilər



Prezident Şəki Xan Sarayı ilə bağlı xalqı təbrik etdi
Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında
Bakıda Abidə Menecerləri Forumu başladı
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında
Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
Nazirlərimiz Qobustanda ağac əkdi
Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə bəyanatı
Əbülfəs Qarayev: "Ermənilərin biabırçı hərəkətləri YUNESKO-da pislənildi"
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Dünya irsinin bu nümunələri təhlükədədir – SİYAHI
Şəkiyə UNESKO-nun sertifikatı təqdim olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 