ONN media xəbər verir ki, 2019-cu ilin 12-16 fevral tarixlərində nazir Əbülfəs Qarayev Bakı şəhərində keçiriləcək Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.
Nazir Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin İncəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.
Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın YUNESKO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.
Ə.Qarayev 2-3 may 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində təşkil olunacaq YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək həmkarını ölkəmizə səfər etməyə dəvət edib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.



Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Nazir Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Nazir Əbülfəs Qarayev Mərakeşdə səfərdədir
Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 