Son aylar hökumət sosial sahədə müəyyən addımlar atıb, bir sıra istiqamətlər üzrə əmək haqları qaldırılıb, minimum əmək haqqı 250 manat olub. Bunlar müsbət addımlardır. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib. Həsənquliyev əlavə edib ki, bəzi destruktiv qüvvələrin bu artımdan sonra inflyasiya və ya devalvasiya olacağı haqqında iddiaları əsassızdır. Deputat hökuməti növbəti addımlar atmağa dəvət edib: “Hesab edirəm ki, növbəti ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanlarının əməkdaşlarının əmək haqları da artırılmalıdır. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün dövlət hakimiyyət orqanlarının təmsilçilərinə layiqli əmək haqqı verilməlidir. Prezidentin 3 aprel fərmanında qeyd edilir ki, hüquqi islahatlar dərinləşdirilməlidir. Biz həm də çalışmalıyıq ki, hüquqi maarifçilik işi aparılsın. Əgər televiziyalarda hüquqi verilişlər aparılsa, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Daha çox bu məqsədlə seriallar çəkilir. İnsanlar bu seriala baxmaqla həm əylənirlər, həm də hüququ prosedurları öyrənirlər. Biz ola bilsin ki, o səviyyədə seriallar çəkə bilmərik. Ancaq ən azından belə seriallar tərcümə edilə bilər”.
Uşaq pulu həll edilsin və...- Deputat



Bu şəxslərə 10 min manat maaş veriləcək?
Əmək pensiyaları artırıldı
Minimum əmək haqqı nə qədər artacaq?
Türkiyədə minimum əmək haqqı artdı
Azərbaycan polisinə güvənir, maaşları artmalıdır - Deputatlar
Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
Minimum əmək haqqı artacaq - Ekspert məbləği AÇIQLADI
Pensiyalar daha çox artırıla bilər?
10 yaşadək uşaqlara müavinət verilsin - Millət vəkili
Prezidentin 2020 hədəfi: maaşlar bu səviyyəyə qalxacaq
MDB-də birinci yerdəyik - Nazir
Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 