43-cü sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və YUNESKO arasında müvafiq saziş imzalanıb. Bunu Publika.az-a YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair suala cavab olaraq XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb: "Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən YUNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər. Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə YUNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı".
Azərbaycan XİN məlumat yaydı - Əgər Ermənistan...



Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
Prezident Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib
XİN məlumat yaydı
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Parisdə YUNESKO Katibliyində görüşlər keçirilib
Prezident Əbülfəs Qarayevə yeni vəzifə verdi
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Ermənilər Zeyvə kəndini tərk edir
Armen Qriqoryan Xankəndiyə gəldi- BAKIDAN REAKSİYA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 