Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
ONN media bildirir ki, sərəncamla Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş və təşkilatın fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sərəncamla YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:
Təşkilat Komitəsinin sədri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Təşkilat Komitəsinin üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə Səfiri, YUNESKO üzrə Milli Komissiyasının Baş katibi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında
Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
Parisdə YUNESKO Katibliyində görüşlər keçirilib
Bakıda Abidə Menecerləri Forumu başladı
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Azərbaycan XİN məlumat yaydı - Əgər Ermənistan...
Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında
Prezident Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 