Məlum olduğu kimi, Bakıda 2019-cu ilin 2-3 may tarixində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixində isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir.
ONN media xəbər verir ki, hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə YUNESKO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib.
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə YUNESKO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson YUNESKO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirdi.
V.Eyvazzadə Forumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 il bundan öncə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini, həmçinin YUNESKO ilə yanaşı BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğuladı. Bu baxımdan 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq YUNESKO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparıldı.
Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparıldı. V.Eyvazzadə bildirdi ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır.
Görüş zamanı, həmçinin YUNESKO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olundu.



Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşüb
Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Prezident Əbülfəs Qarayevə yeni vəzifə verdi
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Elmar Məmmədyarov YUNESKO-nun Baş direktoru ilə görüşüb
Azərbaycan XİN məlumat yaydı - Əgər Ermənistan...
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Nazir Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 