IV ixtisas qrupu üzrə iyunun 23-də keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə Bərdədə yaşayan Təhmin Muradov böyük uğur qazanıb. O, verilən bütün sual və tapşırıqlara düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. 17 yaşlı Təhmin Muradov buraxılış imtahanlarında 295 bal, ümumilikdə isə 695 bal toplayıb. Ailədə iki övlad olan Təhmin Muradovun böyük qardaşı da iki il əvvəl rayon üzrə ən yüksək nəticə göstərərək, 695 balla tibb universitetinə daxil olmuşdu. İmişlidə məzun olan Turqut Ağaşov da I ixtisas qrupu üzrə imtahanda təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə göstərib. Ona dərs deyən əməkdar müəllim Şakirə Bədəlova da Turqutdan bu nəticəni gözlədiyini bildirib. Turqut buraxılış imtahanının və ali məktəbə qəbul imtahanının ümumi nəticəsinə görə 690 bal toplayıb. Lənkəranda yaşayan Mirkazım Ağayev də I ixtisas qrupu üzrə maksimal nəticə əldə edənlərdədir. O, hələ buraxılış imtahanında 285, ali məktəbə qəbul imtahanında isə maksimum 400 bal toplayıb. Mirkazım gələcəkdə neft kimya mühəndisi olmağı düşünür. https://www.youtube.com/watch?v=bDWuyGTwexc
Onlar imtahanlarda maksimum bal toplayıblar - VİDEO



Bu qız Azərbaycanda yeganə şəxsdir ki…
Qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyent
Qarabağ universitetinin göstəriciləri açıqlandı
l və lV qrupun rekordçuları
Daha bir abiturient imtahanda maksimum nəticə göstərdi
DİQQƏT - Nəticələr açıqlandı
Bu şəxslərin NƏZƏRİNƏ - Nəticələr açıqlandı
İmtahan nəticələri AÇIQLANDI
DİQQƏT- Qəbul imtahanının nəticəsi açıqlandı
İmtahanların nəticələri açıqlandı
Bu şəxslərin NƏZƏRİNƏ! Nəticələr açıqlandı
Bu qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 