ONN media xəbər verir ki, tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb. Festivalın direktoru Rəşid Ağamalıyev deyib ki, plakatda iki çex ayı balası təsvir olunub: “İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib”. Özünün izləyiciləri ilə paylaşan Filip Poşivaç özünün İnstagram səhifəsində ikinci festivalın mövzusu çex animasiyasına həsr olunduğunu qeyd edib: “Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”, – Filip “Ey, cənab, gəlin oynayaq!”. O, həmçinin qeyd edir ki: “Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”. Festivalın direktoru plakatın qrafik dizaynını gənc və istedadlı Azərbaycan rəssamı Nəzrin Əlizadənin hazırladığını söyləyib. R.Ağamalı İkinci beynəlxalq ANİMAFİLM festivalı bu ilin 18-20 oktyabr tarixində Bakıda keçiriləcəyini, müsabiqə proqramından başqa tamaşaçıları klassik çex animasiyasından ibarət müsabiqədənkənar zəngin proqram da gözlədiyini vurğulayıb. Bildirib ki, poqramı beynəlxalq jürinin tərkibinə də daxil olan çex dramaturqu Miroslava Yaniçatova tərtib edib. Sonda onu da qeyd edək ki, çex proqramı barədə daha ətraflı məlumat yaxın vaxtlarda festivalın rəsmi www.animafilm.az saytında dərc olunacaq. Rəşid Ağamalıyev, Festivalın direktoru Əlaqə: [email protected]
İkinci ANİMAFİLM festivalının plakatını çex ayı balaları bəzəyəcək



İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
İkinci ANİMAFİLM festivalına filmlərin və ssenarilərin qəbulu başladı
Leyla Əliyeva “Jara-2018”in ikinci günündə fəxri qonaqların arasında
Bakıda Müstəqil Teatrlar Festivalına start verildi
Şahzadə Filip dəfn edildi
Beşinci buktreyler festivalına start verildi
Ukrayna Kirkorovun adını "qara siyahı"dan çıxardı
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Məşhur futbolçu "Qarabağ"dan getdi
“TEKNOFEST Azərbaycan” üçün bütün biletlər satıldı
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
"Qarabağ" Ozobiçlə bağlı qərarını verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 