ONN media xəbər verir ki, Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır. Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradılması nəzərdə tutulub. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirirdi. Festivalın şərtlərinə görə ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Uşaq Münsif Heyətinə qoşulmaq üçün 7-13 yaş həddi müəyyən olunmuşdu. Müraciətlər iyunun 10-na qədər qəbul edilirdi. ANİMAFİLM-in təşkilat komitəsinin məlumatına görə festivala gəlmiş müraciətlərə baxılaraq onlar arasından 5 uşaq seçilib. Beləliklə, Uşaq Münsiflər Heyəti aşağıdakı tərkibdə müəyyən olunub: 1) Aydan Kərimli 2) Beril Karaoğlu 3) Fatimə Allahverdiyeva 4) Nilufər Əzimzadə 5) Zərif Qasımova Seçilmiş münsif-uşaqlar rejissor Elçin Hami Axundov tərəfindən təlim keçdikdən sonra öz işlərinə başlayacaqlar. Xatırlatma 18-20 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına film və ssenarilər qəbulu davam edir. Builki festivalın şüarı "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən olunub. Bu il müraciətlər ən böyük beynəlxalq festivallar platforması olan FilmFreeway vasitəsilə aparılır. Film və ssenarilər üzrə müsabiqə kateqoriyaları aşağıdakılardır: • Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər) • Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər) • Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər) • Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari Beynəlxalq münsiflər heyətinə “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi rəhbərlik edəcək. Festivalın təşkilat komitəsinin bildirdiyinə görə, seçim komissiyasına 45 ölkədən 115-dan çox müraciət daxil olub. Festival müsabiqələrinə müraciətlər 2019-cu il iyulun 31-nə kimi qəbul olunacaq. Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az rəsmi saytından əldə etmək olar.
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu



İkinci ANİMAFİLM festivalına filmlərin və ssenarilərin qəbulu başladı
İkinci ANİMAFİLM festivalının plakatını çex ayı balaları bəzəyəcək
Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
Bakıda festival keçirilir
"WhatsApp”dan yenilik
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
"Oskar-2021" mükafatlarının laureatları açıqlandı - ADLAR
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Ənənəvi Respublika Folklor Festivalına yekun vuruldu
Hərbçilərimiz festivalda birinci yeri qazandı
Azərbaycanda yeni cizgi filmləri çəkiləcək
Qalibə 2500 manat veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 