18-21 oktyabr 2019-cu il tarixdə Bakıda növbəti ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Bu barədə ONN media-ya məlumat verən ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyevin sözlərinə görə artıq film və ssenarilərin qəbulu başlayıb. “Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan FilmFreeway vasitəsilə təqdim edilə bilər”, – deyə vurğulayan R. Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verdi:
- Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
- Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər)
- Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)
- Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari (mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır)
- Ağamalıyev onu da xüsusilə nəzərə çatdırdı ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.



İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
İkinci ANİMAFİLM festivalının plakatını çex ayı balaları bəzəyəcək
"Oskar-2021" mükafatlarının laureatları açıqlandı - ADLAR
Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
“Oskar” mükafatının builki qalibləri kimdir?-SİYAHI
Qalibə 2500 manat veriləcək
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
"WhatsApp”dan yenilik
Nazirliyin tərkibində yeni şura yaradıldı - Sədr təyin edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 