Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində monitorinq aparıb. ONN media xəbər verir ki, məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub. Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb. Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
Daha bir antisanitar sex aşkarlandı



Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
Toyuq sexində iyrənc mənzərə
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Lənkəranda dondurma emalı müəssisəsi bağlandı
Bakıda bu sexdə südün üstündə həşəratlar gəzir - Foto
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
İstifadəyə yararsız çörək sexi aşkarlandı - FOTO
AQTA “Dönər market”də baş verən zəhərlənmənin səbəblərini açıqladı
Qrildən elə birşey çıxdı ki...- Obyekt bağlandı
Saxta spirtli içki emal edən sex aşkarlandı
Azərbaycanda şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Artıq bu limonadı içməyəcəksiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 