Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, NZS qəsəbəsi, Y.Səfərov küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Rafiq Süleyman oğluna məxsus “Göyçə təndiri” kulinar məmulatların istehsalı və satışı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə qurumdan məlumat verilib.
Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Müəyyən edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.



Lənkəranda dondurma emalı müəssisəsi bağlandı
Azərbaycanda şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Bakıda məşhur restoran bağlandı
Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası AŞKARLANDI
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
Şamaxıda kafedə nöqsanlar aşkarlandı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
AQTA vaxtı keçmiş məhsullar aşkarladı
Artıq bu limonadı içməyəcəksiniz
Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 