İyulun 18-də Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb. ONN media xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim, aeroportun direktoru Teymur Həsənov, Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər. Səfir A.İbrahim Misir turizminin əvvəllər olduğu kimi, son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkədə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini deyib. O, ölkəsinin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib. A.İbrahim, həmçinin Bakı-Şarm əl-Şeyx birbaşa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə deyib ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən etibarən həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququ qazanan "SCAT Airlines" aviaşirkətinin "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək. O, bu reyslə Misirə səfər edəcək azərbaycanlı turistlərin sayının artacağına ümidvar olduğunu deyib.(axar.az)
Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar başladı



Rania Al Mashatın Azərbaycana gəlir
Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açıldı
Bakıdan Şarm Əl-Şeyxə birbaşa reyslər
Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
Azərbaycan prezidenti Misir səfirinin etimadnaməsini qəbul edib
Misir Prezidenti Azərbaycana səfər edəcək
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Azərbaycan hökuməti Misirə başsağlığı verdi
ABŞ-la bu halda danışıqlara hazırıq - Rəisi
Qahirədən Qəbələyə ilk çarter reysi
Prezident Misirdəki konfransın yekun aktlarını təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 