22 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Misir Ərəb Respublikasının səfiri Adel İbrahimlə keçirilmiş görüşdə həmin ölkənin mədəniyyət nazirinin Azərbaycana gözlənilən səfərinin təfərrüatları, 5-9 fevral 2019-cu il tarixində Qahirə şəhərində keçiriləcək 1-ci İƏT Festivalı, həmçinin cari ilin mart ayında təşkil ediləcək Şarm əl-Şeyx Beynəlxalq Film Festivalında ölkəmizin təmsil olunması məsələləri müzakirə edildi və bir sıra razılıqlar əldə olundu. Daha sonra nazir Əbülfəs Qarayev Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul etdi. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparıldı. Nazir keçirilən görüşlər zamanı qonaqları 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi



Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi
Braziliyada Azərbaycan üçün əhəmiyyətli görüş
Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşüb
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi
İlham Əliyev on ölkənin qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 