Misirin turizm naziri xanım Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək. Bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir. ONN media xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Diplomat qeyd edib ki, səfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində Misirin turizm naziri ilə Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və müsahibələr təşkil ediləcək. Həmin mətbuat konfransı və müsahibələr zamanı “Azərbaycan Hava Yollarının” cari ilin iyulun 8-dən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə, eləcə də iyulun 18-dən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq. Səfir Adel İbrahim Misir turizminin son iki il ərzində yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkəsində təhlükəsizliyin, sabitliyin olduğunu və turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik standartlarına riayət edildiyini qeyd edib. Diplomat Misirin turizm bölgələrini ziyarət etmək, qədim mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri ölkəsinin qəbul etməyə hazır olduğunu bildirib.
Rania Al Mashatın Azərbaycana gəlir



Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar başladı
Misir Prezidenti Azərbaycana səfər edəcək
Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açıldı
Azərbaycan və Pakitan arasında nə müzakirə olundu?
Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur
Bakıdan Şarm Əl-Şeyxə birbaşa reyslər
Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
Qahirədən Qəbələyə ilk çarter reysi
Gələn aydan bu ölkələr Azərbaycan üçün sərhədlərini açacaq
Gələn aydan Bakıdan Qahirəyə çarter reysləri açılacaq
Ərdoğan Bakıya səfər edəcək
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 