Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib. ONN media Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadla xəbər verir ki, qalıqlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən aşkara çıxarılıb. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib. Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən, abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib. A.Quliyev bildirib ki, yerli sakinlərin yaşatdığı rəvayətə görə, Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çeviriblər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək. Qeyd edək ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilib.
Peyğəmbərin yaxın silahdaşının məzarı tapılıb



Xınalıqda nadir tapıntılar aşkarlandı
Bu qədim məscidin aqibəti necə olacaq?
Laçında qəbirüstü at fiqurları tapılıb
Cəlilabadda qədim məzarlıq tapıldı
Qəbələ aeroportunda elə birşey tapıldı ki...
"Azərbaycanın Tac Mahalı" təmir edildi
AMEA institutunun iki əməkdaşı vəfat edib
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Yardımlıda qədim abidələr aşkar edildi
AMEA-da YENİ TƏYİNATLAR
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Şəkidə yeni qədim abidə aşkar edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 