ONN media xəbər verir ki, Qəbələ Beynəlxalq Aeroportunda aparılan arxeoloji qazıntılar zamanı körpə uşaq qəbirləri, ev qalırları aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin verdiyi məlumata görə, rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayı ərzində Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.
Onun sözlərinə görə, Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.
“Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilmişdir ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə, Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər, müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkar edilmişdir. Bu yaşayış yerində hələ 6 min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı mis ərintisi də aşkar edilmişdir. Dulus çarxının qalıqlarının aşkar edilməsi və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir”.
N.Müseyibli bildirib ki, əldə edilmiş maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyalarının mədəni ənənələri ilə genetik bağlı olduğunu göstərib. Ekspedisiya müddətində rayon ərazisində kəşfiyyat işləri də aparılmış və nəticədə bir neçə arxeoloji sahə aşkar edilib.



Şəkidə yeni qədim abidə aşkar edildi
Yardımlıda qədim abidələr aşkar edildi
Cəlilabadda qədim məzarlıq tapıldı
Lələtəpədə qazıntı aparıldı, yeni tapıntılar üzə çıxdı
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Xınalıqda nadir tapıntılar aşkarlandı
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır
Peyğəmbərin yaxın silahdaşının məzarı tapılıb
Türk tarixinə aid arxeoloji kitabənin sirri məlum oldu- Foto
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı
AMEA-nın müxbir üzvü vəfat edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 