AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Alar və Arvana kəndlərində son tunc - ilk dəmir dövrünə aid kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yeni maddi nümunələr aşkarlanıb. ONN media xəbər verir ki, ekspedisiya Alar kəndindəki Sarıbulaq yaylaqlarında 2014-cü ildə aşkar etdiyi kurqanlarda qazıntı işlərini davam etdirir. Bu ilki tədqiqatlar zamanı kamerası daş qutu tipli olan kurqanın örtüyündən dən daşı alətinin fraqmentləri və dəfn kamerasındakı insan qalıqlarının yanından isə saxsı qablar, tuncdan müxtəlif bəzək əşyaları, toxuculuqda istifadə olunan iy başlığı (əyircək) tapılmışdır. Digər kurqanda aparılmış arxeoloji qazıntılar nəticəsində isə qurbangah aşkar edilib. Qurbangahda 1.6 metr dərinlikdən müxtəlif saxsı fraqmentləri, ocaq izləri və kömür qalıqlarının tapılması burada konkret olaraq insan dəfninin deyil, ritual dini ayinlərin icra edildiyi faktını ortaya çıxarır. Məhz əvvəlki illərdə də qazılmış bir neçə kurqanlarda insan dəfninə rast gəlinməməsi bilavasitə Sarıbulaq kurqan çölündə bəhs olunan dövrdə məskunlaşmış əhalinin yarımköçəri yaylaq maldarlığı ilə məşğul olduğunu və bu baxımdan mövsümi dəfnlərin icra edildiyini göstərir. Müqayisəli təhlillərə əsasən bu abidələr dəmir dövrünə - e.ə. VIII-VII əsrlərə aid edilir. Ekspedisiya eyni zamanda Dərəkeçməz, Savaş və Şahnişin yaylaqlarında tunc-ilk dəmir dövrünə aid yeni abidələr qeydə almışdır.
Yardımlıda qədim abidələr aşkar edildi



Şəkidə yeni qədim abidə aşkar edildi
Qəbələ aeroportunda elə birşey tapıldı ki...
Xınalıqda nadir tapıntılar aşkarlandı
Ağdam ərazisində qədim əşyalar aşkarlandı
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Lələtəpədə qazıntı aparıldı, yeni tapıntılar üzə çıxdı
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır
Cəlilabadda qədim məzarlıq tapıldı
Peyğəmbərin yaxın silahdaşının məzarı tapılıb
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Xocalıda insan qalıqları aşkar edildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeyin açılışında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 