Bu gecədən Bakının bir sıra küçələrində yollarda çəkilmiş xüsusi sarı zolaqlara daxil olan avtomobil sahibləri cərimələnəcək. ONN media xəbər verir ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının başlaması ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçiriləcək. Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.
Dövlət Yol Polisi diqqətə çatdırır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar. Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər. Belə ki, paytaxtın Ziya Bünyadov, Q.Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tbilisi, Moskva, Ü.Hacıbəyov, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb. Qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 00:00-dək davam edəcək. Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.Sürücülərin diqqətinə: Bu gecədən cərimələr başlayır



Sarı zolaq ləğv edildi
Sürücülərin DİQQƏTİNƏ
Klassik avtomobil həvəskarlarının diqqətinə
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Son günlər Bakıda tıxacların yaranmasının səbəbi nədir? - DYP AÇIQLADI
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Bu yollar bağlanacaq
DYP-dən bu şəxslərə xəbərdarlıq! – 4000 AZN cərimə...
Nə qədər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib?
DYP açıqladı: Bir gündə 1753 nəfər...
Sürücülərin DİQQƏTİNƏ!
Azərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı - Cərimə olmayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 