Son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən ONN media -ya verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır: “Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq.
Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə DİN Baş DYP İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar”.



DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
DYP sürücülərə müraciət etdi
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
Bu yolları qar-buz tutdu, hərəkət çətinləşdi
Sürücülərin diqqətinə: Bu gecədən cərimələr başlayır
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
Bakı-Quba yolunda tıxac yaranıb
DİQQƏT- Cərimələnə bilərsiniz
Maşının arxa şüşəsinə foto və şüar vuranlara XƏBƏRDARLIQ
DYP-dan hava ilə bağlı XƏBƏRDARLIQ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 