Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarını qeyri-qanuni şəkildə zəbt edən şəxslərə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, idarənin baş inspektoru Araz Əsgərli paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan yerlərin bəzən qeyri-qanuni şəkildə zəbt edildiyini bildirib.
Onun sözlərinə görə, avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:"Bu, şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur. Küçələrdə piyada və sürücülərin hərəkətinin məhdudlaşdırmağa yönələn addımlar, yəni şlaqbaunların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.
Məlumat üçün bildirim ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaunların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər"."Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ eləmək cəmiyyət olaraq bizə üstünlük gətirər! Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik", - DYP rəsmisi bildirib.



DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz
Bu sürücülər 150 manat cərimə olunacaq – Xəbərdarlıq
Azərbaycanda köhnə avtomobillərlə bağlı YENİ QƏRAR
DYP yenidən xəbərdarlıq etdi- Bu sürücülər cərimələnəcək
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
DYP sürücülərə müraciət etdi
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Ölkə başçısı sərəncam imzaladı
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
DYP bu yolla bağlı xəbərdarlıq etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 