Azərbaycanda övladlığagötürmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib. ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”sində dəyişiklik edib. Nazirlik övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirəcək. Nazirliyə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparmaq, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək, Azərbaycanın vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini təmin etmək, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görülməsini təmin etmək, Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək səlahiyyəti verilib. Fərmana müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri ləğv edilib.
Övladlığagötürmə ilə bağlı dəyişiklik edildi



Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə
Övladlığa götürmə qaydaları DƏYİŞİR
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
Övladlığa uşaq götürmək istəyənlərə şad xəbər
Övladlığagötürmə asanlaşır - QANUN DƏYİŞİR
Prezident 2 fərman imzaladı
Övladlığa uşaq götürmək istəyənlərin NƏZƏRİNƏ- QADAĞA aradan qaldırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 