Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müvafiq işlər davam etdirilir. ƏƏSMN-dən ONN media -ya verilən məlumata görə, nazirlikdəki işçi qrupu tərəfindən mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri-övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır. Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapacaq. Eyni zamanda, uşaqların övladlığagötürmə prosesində razılıq və fikirlərinin nəzərə alınması, valideyn-namizədlə onun övladlığa götürmək istədiyi uşaqla yaş fərqinə dair daha təkmil yanaşmanın tətbiqi, uşağın valideyn-namizədin evində sınaq müddətinə yerləşdirilməsi və s. nəzərdə tutulur. Xatırladaq ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi artıq hazırlanıb və layihə üzərində təkmilləşdirmə işləri aparılır.
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq



Övladlığa götürmə qaydaları DƏYİŞİR
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə
Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN
Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərin DİQQƏTİNƏ
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Övladlığagötürmə ilə bağlı dəyişiklik edildi
Övladlığa uşaq götürmək istəyənlərin NƏZƏRİNƏ- QADAĞA aradan qaldırıldı
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
Övladlığagötürmə asanlaşır - QANUN DƏYİŞİR
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 