Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib. Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib. Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb. Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub. Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - DİQQƏT



Abşeronda ödəmə terminalından oğurluq edilib
Bakıda quldurluq: Məntəqəyə basqın edib pul və telefon apardılar
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Bakıda quldurluq: Taksi sürücüsünü...
Qadını döyüb pulunu və qızıllarını ələ keçirdi
Bakıda axtarışda olan şəxs tutuldu
Bakının mərkəzində QULDURLUQ
Sərnişin sürücünü bıçaqla hədələyib pulunu apardı - SULUTƏPƏDƏ
Bakıda azyaşlıya qarşı CİNAYƏT
Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
Sumqayıtda quldurluq - Oyuncaq tapança ilə basqın etdilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 