Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, "Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb.
ONN media xəbər verir ki, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.
İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədibəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.
Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.
Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləmdirilir.
Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Dövlət Komitəsinin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.



"Sədərək" Ticarət Mərkəzinin sahibi cərimələndi - FOTO
Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib
Məhkəmə Rövşən Əkbərovla bağlı QƏRAR VERDİ
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir şirkəti cərimələyib
Baş nazir yeni qərar imzaladı
Xəzəri hasarlayanlara qarşı mübarizə sərtləşir
Pensiyaçıların NƏZƏRİNƏ: Qanunvericiliyə dəyişiklik edilir
Əli Mirəliyevə cəza verildi - Bu səbəbə görə
Ali Məhkəmənin bu qərarı LƏĞV EDİLDİ
DİQQƏT- Sabahdan 2 min cərimələnəcəksiniz
Cərimələrin ləğvi ilə bağlı DYP-dan açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 