Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.
Bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.
O, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkün olduğunu bildirib:
“İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər. Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər. Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!”(ölkə.az)
Prezident daha bir jurnalistə ev verdi



Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Sahibkarlardan Prezidentin köçkünlərlə bağlı çağırışına - Cavab
Prezident və xanımı Sumqayıtda açılışda
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Bu tarixdən Zabuxa köç başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 