“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtdakı mənzildə təbii qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb. Birlikdən ONN media -ya bildirilib ki, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub. Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər. Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb. Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb. Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.
“Azəriqaz” Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı



"Azəriqaz"dan partlayışla bağlı açıqlama
Səbaildə baş verən partlayışdan YENİ XƏBƏR
Binada baş verən partlayışla bağlı “Azəriqaz”dan açıqlama
"Azəriqaz"ın əməkdaşı iş başında döyüldü
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
Şamaxıda qazın verilişi nəvaxt bərpa olunacaq?
“Azəriqaz”da YENİ TƏYİNATLAR
“Azəriqaz”da kadr dəyişikliyi
"Azəriqaz"ın rəhbəri vəzifəsindən azad edildi
Xırdalandakı partlayışla bağlı rəsmi məlumat
Azəriqaz rəsmi məlumat yaydı
"Azəriqaz"dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 