İyulun 30-da Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. Nazirlər Kabinetinin məlumatına əsasən, iclasda Azərbaycanda istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr və Azərbaycanda akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında məsələlər müzakirə olunub. N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il mayın 29-da “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” imzaladığı sərəncamla “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması Energetika Nazirliyinə tapşırılıb. Həmçinin bu sərəncamla Energetika Nazirliyi ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində AzərbaycanPrezidentinə təqdim etməlidir.
“Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin iclasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önəmlidir”, - Baş nazir diqqətə çatdırıb. Azərbaycanda akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında məsələ ilə bağlı fikirlərini bölüşən N.Məmmədov deyib ki, balıqçılıq və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balıqçılıq sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması, balıqçılıq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, baytarlıq-sanitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış balıqçılıq məhsullarının satış mərkəzlərinin yaradılması, balıq məhsulları istehsalı və ixracı üzrə marketinq fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət daha da genişləndirilməlidir. Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.Novruz Məmmədov nazirləri topladı



Nazirlər Kabinetinin növbəti iclası keçirildi
Prezident sərəncam imzaladı
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Strateji yol xəritəsi üzrə işçi qrup və alt qruplarının iclasları keçirilib
Baş nazir hökuməti topladı
Novruz Məmmədov nazirləri topladı
Azərbaycanla Çexiya arasında əməkdaşlıq sazişi təsdiqləndi
Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib
Novruz Məmmədov nazirləri topladı
Baş nazirin hesabat verəcəyi tarix müəyyənləşdi
Prezidentdən SƏRƏNCAM: Yeni Dövlət Agentliyi yaradıldı
Nazirlər Kabinetinin növbəti iclası keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 