Bu gün Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclası açan Novruz Məmmədov "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələnin müzakirə olunacağını bildirib. Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumdaxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib.
Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumdaxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumdaxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir. Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.Novruz Məmmədov nazirləri topladı



Əli Əsədov qərar imzaladı
Əsədovdan qərar: bu məlumatlar Prezidentə təqdim edildi
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib
Nazirlər Kabinetinin geniş iclası keçirildi
Baş nazir hökuməti topladı
Novruz Məmmədov nazirləri topladı
Dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşdi - FƏRMAN
Novruz Məmmədov nazirləri topladı
Novruz Məmmədov yeni VƏZİFƏYƏ SEÇİLDİ
Nazirlər Kabinetinin növbəti iclası keçirildi
Baş nazirin hesabat verəcəyi tarix müəyyənləşdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 