ONN media xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, iki öllkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun izalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə həmçinin Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyn veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etməsi yüksək qiymətləndirib və bu çərçivədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı hər iki ölkədə energetika sektorunun müasir vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.



Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Pərviz Şahbazov Rusiyada səfərdədir
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın energetika naziri Çində səfərdədir
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 