Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla maşınların səsinin süni şəkildə artırılması halları artıb. ONN media bildirir ki, bu barədə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O, qeyd edib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur. Bununla bağlı dəfələrlə maarifləndirici işlər aparılıb. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirilib. "Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur. Qeyd edək ki, belə avtomobillərə yüksək məbləğdə cərimə nəzərdə tutulur. Əgər avtomobillərdə belə avadanlıqlar aşkar edilərsə, 500 manatdan 800 manata qədər cərimə ediləcəklər" – deyə Əsədov bildirib. Onun sözlərinə görə, cəmiyyətin hər bir üzvünün bu mövzuda iştirakı olmalı, hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır. Qeyd edək ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs edilən avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunmalı, xüsusən gecələr belə avtomobillər şəhərdə, yaşayış yerlərində istifadə olunmamalıdır. "Bu səbəbdən profilaktiki tədbirlər keçirərək belə halların qarşısını tam almalıyıq. Bəhs edilən avadanlıqlara təkcə bahalı maşınlarda yox, hər növ avtomobillərdə rast gəlinir. Misal üçün, "VAZ-2107" tipli avtomobillərdə belə tip avadanlıqlara rast gəlmişik. Biz xidmət apardığımız ərazilərdə belə hallarla rastlaşdığımızda müvafiq tədbirlər görürük. Bir vaxtlar yüksəktonlu səs siqnallarının istifadəsinə rast gəlirdik, xüsusi tədbirlərin görülməsi ilə belə halların qarşısı alındı. "Qulişitel"ə qoyulan əlavə avadanlıqların ölkəyə gətirilməsi, burada hazırlanmasının da qarşısı alınmalı belə yerlərin aşkar edilib müvafiq tədbirlərin görülməsi vacibdir" – deyə o bildirib.
Yol polisi tədbirlər görəcək – Böyük məbləğli cərimə gəlir



Vaqif Əsədovdan plyonkalarla bağlı XƏBƏRDARLIQ
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
Yol polisindən sürücülərə müraciət
Avtobus zolağına keçən maşınların NƏZƏRİNƏ
Taksi sürücüləri bunu etməsə cərimələnəcəklər
Bu şəxslərə MÜHÜM XƏBƏRDARLIQ - 100 manat cərimə ediləcəksiz
DYP-dən sürücülərə SƏRT xəbərdarlıq
Vəzifəli şəxs təqaüdə göndərildi
Yol polisinin ləğv xəbəri ilə bağlı - AÇIQLAMA
DYP hərəkətə keçdi - Bu ərazilər avtomobillərdən təmizlənir
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
DYP-dən bu şəxslərə xəbərdarlıq! – 4000 AZN cərimə...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 