Bakı dünyanın azsaylı şəhərlərindən biridir ki, şəhərdaxili yollarda səs siqnallarından yeri gəldi, gəlmədi istifadə edilir. İşıqfor yanan kimi arxada olan avtomobillər öndə olan avtomobilə, sürücülər yol verdikləri piyadaya, eləcə də avtomobillər biri-birinə səs siqnalı verərək xəbərdarlıq etməyə çalışırlar. Bəzən isə səs siqnalından “təşəkkür” və hətta digər avtomobilin sürücüsü üçün “söyüş” kimi də istifadə olunur.
Qanunla isə şəhər daxilində ehtiyac yaranmadığı təqdirdə səs siqnalından istifadə qadağan edilir. Bəs sürücülər bu qadağalara niyə önəm vermirlər?
ONN media xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.
"İnzibati Xətalar Məcəlləsinin (İXM) 329-cu maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərdiyim iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur," – Əsədov qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması zamanı 500 manatdan 800 manatadək cərimə tətbiq edilir: "Belə siqnal müsadirə edilməli, siqnal nəqliyyat vasitəsinin dayandırıldığı yerdəcə sökülməlidir. Bu mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməlidir. Siqnallar söküldükdən sonra avtomobil sahibinə qaytarıla bilər".



Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA
DYP-dən MÜHÜM XƏBƏRDARLIQ: Bu sürücülər cərimələnəcək
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Bunu etməsəniz, cərimə olunacaqsınız — Sürücülərə XƏBƏRDARLIQ
Yol polisi gücləndirilmiş iş rejiminə keçdi
Vaqif Əsədovdan plyonkalarla bağlı XƏBƏRDARLIQ
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
Yol polisindən XƏBƏRDARLIQ
Sürücülərin NƏZƏRİNƏ! - Bu halda 30 AZN CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
DİQQƏT- Bu yollar bağlanacaq
“Sürücülər yol polislərinə başqa şey təklif edirlər” — Vaqif Əsədov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 