Türkiyənin aparıcı telekommunikasiya şirkəti Türk Telekom mobil telefon abunəçiləri üçün tarif paketi istifadəyə verib. Paketə Azərbaycan türkcəsində "Yaxşı tarif" ("Yaxşi tarife") adı verilib. Tarifə əsasən, Türkiyədən Azərbaycan, Qırğız Respublikası, Suriya, Tacikistan, Moldova və Ermənistana zəngin dəqiqəsi 19 qəpikdir (65 kuruş). Eyni zamanda tarifə qoşulan abunəçilərə Türkiyə, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla 2000 dəqiqə pulsuz danışıq imkanı yaradılıb. Ancaq siyahıda Azərbaycanın adı yoxdur. Bu da Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının böyük narazılığına səbəb olub. "Türk Telekom"un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Melih Kocagil açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. O, məsələni araşdırdıqdan sonra yazılı açıqlamasında Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının "Yaxşı tarif" paketi və onun üstünlüklərindən yararlandığını qeyd edib.(publika)
Bu türk şirkəti elə bir şey etdi ki... - Azərbaycanlıların etirazına səbəb oldu



Bu şəxslərin Azərbaycana uçuşuna icazə verildi
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR
Türkiyədən Qırğızıstan və Tacikistana çağırış
Rusiya Türkiyəni siyahıdan çıxardı
Moskvada Qələbə paradı başladı - Canlı
Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də LİDERDİR
SON DƏQİQƏ: Türk qırıcıları böyük zərbələr endirir
Türk Şurasının adı dəyişdiriləcək: Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
Azərbaycanda bu şəxslər pulsuz uça biləcəklər
Türkiyədə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
Putin Azərbaycan xalqını təbrik etdi
Tacikistan- Qırğızıstan sərhədində atışma olub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 