Sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr və çevrilmələr erasına qovuşdurub. Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onun ədəbiyyatı, incəsənəti, mədəniyyəti də qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır. Dövrlə, zamanla ayaqlaşmaq istəyən yaradıcı insan realist və ayıq-sayıq, fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə adekvat ola bilmir. Çünki dəyişikliklər elə böyük sürətlə baş verir ki, hər beşillik və onilliklər arasında texnoloji inkişaf baxımdan böyük bir "kanyon" yaranır. Bəşər övladı isə bu yeniliklərə hazır olmadıqda, bu inkişafın bir hissəsinə çevrilmədikdə böyük problemlər baş verir. Buna görə də insan düşüncə olaraq, ideya olaraq daim yenilənməli, özünü "refreş" eləməlidir. Dünya artıq yaratmaq bəhsində, kəşf etmək arzusunda, məntiqi, rasional düşüncənin təməlində yüksəlir. Süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, biometriya, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, o cümlədən, humanitar və ictimai elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatlar yüksək səviyyədə inkişaf dinamikası içindədir. Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, ona hakim kəsilib. Texnologiya ilə dəyişən insan - post-insan yaratdığı süni intellektlə durmadan inkişaf edir. Kiber-bio-texno inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi - "cyborg" yaratmaq tendensiyasını ortaya qoyub (İngilis dilində "cyberneticorganism" sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi Siborqdur). Gen dəyişikliyi üzrə yeni texnologiyalar yaradılıb: CRISPR/Cas9. Yəni insan artıq DNT-sinin əsiri deyil. Bəs bu və ya digər meqadəyişmələr ünsiyyət vasitəsi kimi dilə necə təsir edir və edəcək? Bu dəyişikliklər göstərir ki, süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq. Yəni süni intellektin ünsiyyət dili yaranacaq. Bunun ilk qığılcımları da artıq mövcuddur. "Facebook" şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış və danışmışlar. Belə ki, FAIR ("Facebook"un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR-də çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələ ki konkret bir məlumatı yoxdur. Amma süni intellektin nə danışdığını biliblər. Süni intellekt dili fikri daha sürətlə ifadə etməyə hesablanır. "Facebook" çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadələşəcək. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayacaq. Zəka o qədər güclü olacaq ki, "arifə bir işarə kifayət edəcək". Süni intellektin öz aralarında yaratdığı ünsiyyət dili zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində müəyyənləşəcək. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama və danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq və informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək. Robotlaşmağa doğru böyük bir yol almışıq, lakin dilin fəaliyyəti nəticəsində yaranan ünsiyyət forması hələ ki ən optimal variant olaraq qalmaqdadır... AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Sərvər Şirinov
Süni intellektin labüd hegemonluğu



"Ahəngyol"un izi ilə
Ceyhun Bayramov müəllimləri təbrik etdi
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
Kamal Abdulladan AMEA ilə bağlı açıqlam
“Yüksəliş” müsabiqəsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısı açıqlandı
2021-ci ildə insanlar zombiyə çevriləcək və … – Nostradamusdan PROQNOZ
Uğurlu insanların 6 vərdişi
Azərbaycanlı qadınların əcnəbilərlə ailə həyatı qurmasına — SƏBƏB
Bakıda hərbi formalı şəxs özünü körpüdən atmaq istədi
İnstagramın çəhrayı gözəli kimdir?
Deyan Lovren: "Qoy, "Real" "Liverpul"dan qorxsun"
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 