Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən ONN media -ya verilən məlumata görə, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək.
Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.
Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur.
Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.
Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.
Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.
Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.



İş arzusunda olan müəllimlərin NƏZƏRİNƏ
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə bu tarixdə keçiriləcək
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
Nazirlik: Daha 871 nəfər işə qəbul olunub
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
Nəticələr AÇIQLANDI
DİQQƏT- Bu imtahanın nəticələri açıqlandı
Diqqət- Nəticələr açıqlandı
Müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 