Məlum olduğu kimi Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmçinin, həmin əmrə əsasən ölkə daxilində orta məktəblərdə yerdəyişmələr də online qaydada həyata keçirilir. ONN media xəbər verir ki, Gununsesi.org-a daxil olan bir məlumatda isə bu sistemin tətbiqində ciddi problemlər yarandığı bildirilir. Belə ki, Naxçıvan Muxtar Respublikasından olan vətəndaşların övladlarının Bakıda orta təhsil almaq işi müşkülə çevrilib. Redaksiyamıza müraciət edən Muxtar Respublika sakinləri bildirib ki, 500 nəfərə yaxın şagird Bakıda qeydiyyata düşə bilmir. Yaradılmış online sistem Naxçıvandan olan vətəndaşların qeydiyyatını qəbul etmir. Məsələ ilə bağlı Təhsil Nazirliyinə üz tutan sakinlərə problemin həlli üçün Bakı Baş Təhsil İdarəsini göstəriblər. İdarədən isə bildiriblər ki, bu sistem yaradılarkən Naxçıvan Muxtar Respublikasındakı məktəblərin oraya daxil edilməsi unudulub. Problemin nə zaman həll ediləcəyi isə bildirilmir. Media vasitəsi ilə təhsil nazirinə üz tutan naxçıvanlılar məsələnin tezliklə həllini tələb edir. Mövzuya qayıdacağıq.
500-ə yaxın naxçıvanlı şagird çıxılmaz durumda



Birinci sinfə qəbulla bağlı nazirlikdən XƏBƏRDARLIQ
Birinci siniflərə elektron qaydada qəbulunun tarixi açıqlandı
Birinci sinfə qəbul onlayn aparılacaq
Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır
I sinfə qəbulla bağlı şikayətçi olanların DİQQƏTİNƏ
I siniflərə şagird qəbulu ilə bağlı YENİLİK
Vaildeynlərin NƏZƏRİNƏ!
I sinfə elektron qeydiyyat başlayır
Bu il Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb
Nazirdən ƏMR - Bu tarixdən etibarən...
I sinifə şagird qəbulu başlayır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 