Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı araşdırmalara başlanılıb. 2019-cu ilin iyun ayında AMEA-nın Zoologiya İnstitutu və ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işlərinə başlanılıb. Layihə biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovun koordinatorluğu və Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə həyata keçirilir. Azərbaycanda çöl işləri 2019-2021-ci illəri əhatə edəcək. Tədqiqatlar zamanı yarasalar ilə əlaqədar virusları müəyyənləşdirmək məqsədilə fərdlərin canlı olaraq tutulması, onlardan oral və rektal yaxmaların, həmçinin qanad biopsiyası (DNT nümunəsi) və qan nümunələrinin götürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, EHA - canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatıdır. Qurum 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsi tərəfindən təsis edilib. EHA 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan artıq ölkədə yerli partnyorlarla elmi-tədqiqat işləri həyata keçirir.(trend)Azərbaycanda yarasalarla bağlı araşdırmalara başlanıldı



Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
AMEA-da YENİ TƏYİNATLAR
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilidi
Böyük Britaniyada yarasalarda yeni koronavirus aşkarlandı
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Yanvarın 21-də gözünüz göydə olsun
Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi
Bakıdakı MƏŞHUR DÖNƏRXANA BAĞLANDI
Azərbaycanda bu xəstəliklər tam ləğv edilib
Bu il Azərbaycanda 4,6%, gələn il isə 4% iqtisadi artım gözlənilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 