Bu gün AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.
AMEA -dan ONN media -ya verilən məlumata görə, öncə akademik Əhliman Əmiraslanov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Mustafa Mustafayevi 60 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təbrik edib, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Həmçinin Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov 75 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilib.
Sonra akademik-katib iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
İclasda AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA-nın müxbir üzvü Nuru Bayramov İran İslam Respublikasına elmi ezamiyyəti barədə qısa hesabat verib.
Növbəti ilk elmi-təşkilati məsələ tanınmış bioloq, akademik Valeriy Ulyanişevin 120 illik yubileyinin keçirilməsi haqqında olub. Bildirilib ki, alim Azərbaycanda mikologiya elminin yaranması, inkişafı və bu istiqamətdə kadr potensialının artırılmasında əhəmiyyətli işlər görüb. V.Ulyanişevin elmi tədqiqatları mikologiya və fitopatologiyaya həsr edilib. Bu ilin noyabr ayında görkəmli alimin yubiley mərasimin keçirilməsi nəzərdə tutulub.
Sonra Zoologiya İnstitutunun kiçik elmi işçisi, doktorant Nərmin Beydizadənin Çexiya Respublikasına, Genetik Ehtiyatlar İnstitutunun elmi işçiləri Cavad Kərimbəylinin İtaliyaya, Səbinə Fərhadovanın isə Fransaya ezam edilmələri qərara alınıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların rekultivasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Sadıqovun 70 illik yubileylərinin keçirilməsi barədə qərar verilib.
İclasda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Sonda akademik-katib bölməyə daxil olan müvafiq institutların rəhbərlərinə AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan Niyyət Sazişi çərçivəsində aidiyyəti məsələlərə dair təkliflərini verməyi tapşırıb.



Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
Şamaxı Rəsədxanasına baş direktor seçildi
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 