“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti quraşdırılıb. ONN media xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən APA-ya bildirilib. Verilən məlumata görə, Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tullantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir. Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib. Boruların quraşdırılma işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilib. Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90%-dən çoxu yerinə yetirilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq.
Çimərliyə gedənlərə ŞAD XƏBƏR



Azərbaycanda VƏZİFƏLİ ŞƏXS cərimələndi
Neftçalaya yeni magistral su kəməri çəkilir - FOTO
Bu marşrut xətti də "BakıKart"a qoşuldu
Sakinlərə ŞAD XƏBƏR: Daha bir problem həll ediləcək
Kiçik Kirs-Şuşa su kəməri dəyişdirilir
Bu rayonda yeni içməli su şəbəkələri yaradılır
Bu gün Pirşağıda qaz olmayacaq
Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ
DİN və ETSN Bakıda Xəzəri çirkləndirənlərə qarşı reydlərə başladı
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
DİQQƏT- Bu qəsəbəyə giriş məhdudlaşdırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 